AZ

“Qarabağ”ın oyunçusu komanda yoldaşını “təxribatçı” adlandırdı - VİDEO

“Medina təxribatçıdır, amma yaxşı ki, dava olmadı”

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynova məxsusdur.

O, Premyer Liqanın XXIII turunda “Neftçi”ni 1:0 hesabıyla məğlub etdikləri matçdan danışıb.

Dağıstan kökənli arxa xətt oyunçusu Kevin Medinanın 22-ci dəqiqədə qırmızı vərəqə aldığı epizodu dəyərləndirib.

Hüseynov kolumbiyalı legioneri qınayıb, onun rəqibin hücumçusu Ağadadaş Salyanskiyə qarşı kobud hərəkətinin komandalar arasında davaya səbəb ola biləcəyini söyləyib.

Seçilən
31
1
sportinfo.az

2Mənbələr