AZ

İran Xəzəryanı ölkələr arasında birgə azad ticarət zonalarının yaradılmasını təklif edib

Bakı. Trend:

İran Xəzəryanı öləlkər arasında birgə azad ticarət zonalarınınyaradılmasını təklif edir.

Trend-inməlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd RzaArif bu gün Tehranda keçirilən Xəzəryanı Ölkələrin baş nazirlərinin3-cü İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, bütün tərəflər belə zonaların yaradılmasıistiqamətində müzakirə apararaq yekun nəticəyə gələ bilərlər.

“İnanırıq ki, Xəzəryanı ölkələr arasında əməkdaşlıq və beşdövlətin qərarı ilə birgə azad ticarət zonalarının yaradılmasınaimkan yaranacaq. İran tərəfi Xəzəryanı ölkələrdə azad ticarətzonalarının yaradılması istiqamətində rəsmi şəkildə sahilyanıölkələrə əməkdaşlıq anlaşmasının ilkin mətnini göndərib”, - deyə oqeyd edib.

İranlı rəsmi əlavə edib ki, İran, həmçinin, Xəzəryanı ölkələriniqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsiistiqamətində sahilyanı bölgələrinin əhəmiyyətini nəzərə alaraq,“Xəzəryanı ölkələrin Sahilyanı Əyalətlər Birliyi” yaradılmasınıtəklif edir. İran 2025-ci ildə bu birliyin ilk iclasını sahilyanıvilayətlərdən birində təşkil etməyə hazır olduğunu elan edib.

Qeyd edək ki, İranın paytaxtı Tehranda Xəzəryanı ölkələrin(Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) iki günlükİqtisadi Forumu 17 fevralda işə başlayıb.

Seçilən
36
az.trend.az

1Mənbələr