ABŞ-ın bəzi ştatlarında yağan güclü yağış daşqınlara səbəb olub.
Publika.az xəbər verir ki, Kentukki ştatında 13 nəfər həyatını itirib.
Kentukki qubernatoru Endi Beşir daşqınlarda 1000-dən çox insanın xilas edildiyi barədə məlumat paylaşıb.
Qərbi Virciniya ştatının qubernatoru Patrik Morrisi isə daşqınlar səbəbindən çoxlu insanın itkin düşdüyünü bildirib.