AZ

Rus nefti daşıyan tanker İtaliya sahillərində partladı

İtaliyanın Savona şəhərinin limanında dayanan “Seajewel” neft tankerində dalbadal iki partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Fatto Quatidiano” nəşri məlumat yayıb.

Məlumata görə, partlayış fevralın 14-də Malta bayrağı altında üzən tankerin nefti boşaltmağa başladığı anda olub.

Bildirlib ki, tanker ciddi zədə alsa da, dənizə neft sızması qeydə alınmayıb. Tankerin heyətindən xəsarət alan olmayıb.

Savona şəhər prokurorluğu hadisənin tankerin sıradan çıxması, toqquşması və ya sursat partlaması barədə müxtəlif versiyaların araşdırılmasına başlayıb.

İVG nəşri yazır ki, partlayışın yaratdığı dəliyin xarakteri gəmidə partlayıcı qurğuların yerləşdirilməsi ehtimalını göstərir.

“Ukrainskaya pravda” nəşrinin yazdığına görə, “Seajewel” tankeri dəfələrlə Rusiya nefti daşıyıb. Xüsusilə, tanker 2024-cü ildə Rusiyada 3 dəfə neftlə doldurulub.

Seçilən
17
axar.az

1Mənbələr