Maraqlıdı ki, 10 komandadan yalnız biri - “Zirə” indiyə qədər heç kimi heyətinə qatmayıb. Gedənlər sırasında isə Abbas İbrahimlə İldar Alekperov var.
Belə çıxır ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov bu heyətlə də avrokuboklara vəsiqə qazanacağına əmindi? Ümumiyyətlə, “Zirə”nin güclənməyə ehtiyacı varmı? Bu sualları tanınmış menecer Erkin İbrahimova ünvanladıq:
“Zirə”nin heyəti yetərincə genişdi. İldar Alekperovla da yolları ayırdılar. Baş məşqçi transfer etməyibsə, yəqin ki, buna ehtiyac görmür. “Zirə”nin transferə ən az ehtiyac duyan komanda olduğunu deyərdim. Hər mövqe üçün azı iki futbolçusu var”.
ƏSƏD SEYİDOV