AZ

Zidanın yeni iş yeri müəyyənləşmək üzrədir -SON DURUM

Əlcəzair əsilli fransalı Zinəddin Zidanın yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, 52 yaşlı mütəxəssis Fransa millisinin "sükanı arxası"na keçməyə yaxındır. Mənbə hazırda Zizunun Fransa Futbol Federasiyası ilə müqavilənin detallarını müzakirə etdiyini vurğulayıb.

Qeyd edək ki, "xoruzlar"ın indiki çalışdırıcısı Didye Deşam DÇ-2026-dan sonra postundan gedəcəyini açıqlayıb. 

Zidan 2021-ci ildə "Real Madrid"dən ayrılandan bəri işsizdir.

Seçilən
4
fanat.az

1Mənbələr