AZ

Köçəryanın Meğri versiyası, “diplomatik nokaut” və Qarabağla bağlı 1997-ci il variantı… – Surenyants sirləri açdı

“Köçəryanın Meğri versiyası ilə bağlı arqumentləri inandırıcı deyil”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

O, Robert Köçəryanın dünənki mətbuat konfransında dediyi sözlərlə bağlı iki məsələni gündəmə gətirib.

1. Köçəryanın Meğri versiyası ilə bağlı arqumentləri, yumşaq desək, inandırıcı deyil.

Sabiq prezident etiraf etmək istəmir ki, o, “diplomatik nokaut”a salınıb. Bunun nəticəsində Dağlıq Qarabağ probleminin danışıqlar məzmunu ertələnib və Ermənistan-Azərbaycan ərazi mübahisəsinə keçib. Yəni danışıqlar prosesi mahiyyət etibarı ilə öz subyektivliyini itirib.

2. Əslində Köçəryan 1998-ci ildə baş verənlərin saray çevrilişi olduğunu etiraf etdi.

“Mən Levon Ter-Petrosyana dedim: incimə, səni prezident kimi qəbul edə bilmərəm, uzun müddətdir “müdir”im yoxdur”. Köçəryan etiraf edir ki, əgər prezident onu Konstitusiyanı pozaraq vəzifəsindən azad etsəydi, o, tabelilik göstərməyəcəkdi. Bu da birinci prezidentin vətəndaş müharibəsinin qarşısını almaq üçün istefaya getməsi iddiasını tamamilə qanuni edir. Başqa bir məsələ odur ki, 1998-ci ildə Qarabağla bağlı hadisələrin motivini izah etmək çətindir. Çünki 1997-ci ilin mərhələli variantı problemin ən yaxşı həlli olaraq qalırdı”, – Surenyants vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
4
konkret.az

1Mənbələr