AZ

MOK-un İcraiyyə Komitəsində dəyişən adlar: Dördü getdi, ikisi gəldi

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki Baş Məclisinin keçirildiyi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, Baş Məclisdə Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə MOK-un prezidenti seçilib.

Bundan başqa MOK-un IX Hesabat-seçki Baş Məclisində növbəti 4 il müddəti üçün qurumun İcraiiyyə Komitəsinin üzvlərinin adları da müəyyənləşib.

Komitənin tərkibi 12-dən 10-na endirilib. Komitəyə Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev üzvlər seçiliblər.

Azərbaycan idmanının əfsanələri hesab edilən Olimpiya çempionu Elnur Məmmədli və sabiq voleybolçu Alla Həsənova İK-nin yeni üzvləridirlər.

Seçilən
51
publika.az

1Mənbələr