Bakı, TurkicWorld
Sudanın Ağ Nil əyalətinin cənubunda Çevik Dəstək Qüvvələri (RSF) tərəfindən həyata keçirilən hücumlar nəticəsində 200-dən çox insan, o cümlədən qadın və uşaqlar həyatını itirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, hüquq müdafiəçiləri bildirir ki, RSF silahsız mülki şəxslərə qarşı genişmiqyaslı hücumlar həyata keçirib.
Hüquqşünaslar qrupu edamlar, adam oğurluğu, zorla yoxa çıxmalar və talan hadisələrinin baş verdiyini sənədləşdirib.
Belə ki, RSF qüvvələri əsasən hərbi mövcudluğun olmadığı ərazilərdə mülki şəxsləri hədəf alıb.
Sudan ordusu ilə RSF arasında 21 aydır davam edən münaqişə getdikcə daha çox insan itkisiylə nəticələnir. nsan hüquqlarının kütləvi pozuntuları davam edir, bölgədə humanitar vəziyyət pisləşir.
Beynəlxalq insan haqları təşkilatları və BMT hadisələri araşdırmağa çağırıb. Sudandakı humanitar böhran dərinləşir, beynəlxalq təşkilatlar vəziyyətin getdikcə nəzarətdən çıxdığını bildirir.
Sudandakı vəziyyət kritik həddə çatıb və müharibə bölgənin sivil əhalisi üçün ölümcül təhlükəyə çevrilib.