Məşhur cütlük Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizeri şantaj edən S.A.-nın məhkəməsi keçirilib.
Bolgə.TV xəbər verir ki, cütlüyə "Sizi bir qaba qoyub üzərinizə kislota tökəcəyəm", "Üzərinizə giliz tökəcəyəm" deyən şəxs hakim qarşısına çıxarılıb.
Onun 2022-ci ildən indiyə qədər Kıvançla həyat yolodaşını narahat etdiyi üzə çıxıb. İstanbul Asliye Ceza məhkəməsində baş tutan proses zamanı S.A-ya 9 ay həbs cəzası verilib.
Sözügedən şəxsə 13 500 lirə (təxminən 633 AZN) də cərimə ödəyəcəyi bildirilib