Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
Heftelik.az-ın məlumatına görə, indiyə qədər MOK-un vitse-prezidenti olan gənclər və idman naziri Fərid Qayıbov postunu itirib.
Fərid Qayıbovu bu postda güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.
Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər – Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.