AZ

Zinəddin Zidan Fransa millisini çalışdıra bilər

Fransa millisinin baş məşqçisi postuna əsas namizəd "Real Madrid"in sabiq çalışdırıcısı Zinəddin Zidandır.

Zidan artıq Fransa Futbol Federasiyası ilə müqavilənin detalları ilə bağlı danışıqlar aparır.

"Operativ Media" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, müqavilənin daimi olacağı gözlənilir.

Zidan 2021-ci ilin yayında Real Madrid komandasını tərk etdikdən sonra məşqçiliklə məşğul olmayıb.

Daha əvvəl Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı ildə dünya çempionatından sonra vəzifəsindən gedəcəyini təsdiqləyib. 56 yaşlı mütəxəssisin rəhbərliyi altında Fransa millisi 2018-ci il dünya çempionatının qalibi olub.

Seçilən
8
operativmedia.az

1Mənbələr