Ermənistan İstintaq Komitəsi hərbçi Sevak Vardan Hovhannisyanın ölümü ilə bağlı qətl maddəsi ilə işə başlayıb.
“AzPolitika” yerli mətbuata istinadla xəbər verir ki, Komitə hələlik təqsirləndirilən şəxslərin olmadığını açıqlayıb.
Bazar ertəsi Müdafiə Nazirliyi hərbçinin meyitinin səhər saat 9:20 radələrində güllə yarası ilə tapıldığını və hadisənin baş vermə şəraitinin tam müəyyən edilməsi üçün araşdırma aparıldığını bildirib.
Bu, Ermənistan Silahlı Qüvvələrdə bu il ərzində ilk ölüm hadisəsidir.
Ötən il orduda baş verən 40 ölüm hadisəsindən 36-sı qeyri-döyüş şəraitində qeydə alınıb.
“AzPolitika.info”