Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 258 min ton olub, bu da illik müqayisədə 1,4% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə yüklərin 15 277,6 min tonu və ya 46%-i dəmir yolu nəqliyyatı, 10 090,0 min tonu və ya 30,3%-i avtomobil nəqliyyatı, 7 890,4 min tonu və ya 23,7%-ii dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhlizlər vasitəsilə daşınmış yüklərin 56,6%-i və ya 18 840,1 min tonunu tranzit yüklər təşkil edib.