AZ

Volodimir Zelenski Ankarada Anıtqəbiri ziyarət edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Daha sonra Ukrayna prezidenti Ankarada ölkəsinin yeni səfirlik binasının açılış mərasimində iştirak edib.
Açılışı mərasimində nitq söyləyən V.Zelenski Rusiya, ABŞ və Avropa İttifaqı dövlətlərini müharibəni bitirmək üçün vasitəçiliyə cəlb olunmağa çağırıb.
"Ukrayna müharibənin diplomatiya yolu ilə və qan tökülmədən həllini istəyir, lakin heç vaxt ərazi bütövlüyü və suverenliyinə güzəştə getməyəcək", - deyə Ankarada çıxış edən Ukrayna lideri vurğulayıb.
Seçilən
19
oxu.az

1Mənbələr