AZ

Könül Nurullayeva və daha iki nəfər də vəzifələrini itirdi

Xəbər verdiyimiz kimi, Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisi keçirilib.

Heftelik.az-ın məlumatına görə, baş məclisdə MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Belə ki, Çingiz Hüseynzadə, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və keçmiş voleybolçu Alla Həsənova İK-nin yeni üzvləridir.
Bundan əvvəl İcraiyyə Komitəsinin üzvü olan Hacı Ramil Qəşəm oğlu, Könül Nurullayeva və Mariana Toteva Vasilyeva bu dəfə seçilməyiblər.
Qeyd edək ki, Ramil Hacı 2023-cü ildə Naxçıvanın gənclər və idman naziri vəzifəsindən, Mariana Vasilyeva isə cari ilin yanvar ayında gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunublar. Könül Nurullayeva isə Milli Məclisin deputatıdır.
Seçilən
25
3
heftelik.az

4Mənbələr