AZ

Orxan Hüseynzadə “Qalatasaray” - “Alkmar” oyununda

AFFA-nın keçmiş əməkdaşı, “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə növbəti beynəlxalq oyuna təyinat alıb.

Arena.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin “Qalatasaray” (Türkiyə) – “Alkmaar” (Niderland) görüşündə UEFA nümayəndəsi Hüseynzadə olacaq.

Bu qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək. Fevralın 20-də baş tutacaq “Qalatasaray” – “Alkmaar” matçına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub. O, 2004-cü ildə AFFA Beynəlxalq Əlaqələr Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2004-2005-ci illərdə “Olimpik” FK-nın baş direktoru, 2006-2007-ci illərdə isə “Standard” FK-nın vitse-prezidenti vəzifəsində çalışıb. Hüseynzadə 2007-2011-ci illərdə AFFA Beynəlxalq Əlaqələr şöbəsinin direktoru vəzifəsində işləyib.

Seçilən
48
arena.az

1Mənbələr