AZ

Dünya çempionunun evi qarət olundu: 500 minlik...

ABŞ-ın "Los-Anceles" klubunun ulduz futbolçusu Olivier Jirunun evi qarət edilib.

Publika.az xəbər verir ki, ona dəyən ziyan 500 min dollar civarında qiymətləndirilir. Bu barədə TMZ məlumat yayıb.

Bildirilir ki, soyğunçuluq bu ayın əvvəlində baş verib. Oğurluq hadisəsi barədə fevralın 5-də 38 yaşlı forvardın xanımı polisə məlumat verib. Onun sözlərinə görə, bir neçə qiymətli əşya, o cümlədən 10-dan çox kişi saatı oğurlanıb. Los-Anceles Polis İdarəsi istintaqın davam etdiyini vurğulayıb.

Qeyd edək ki, fransız futbolçu "Los-Anceles"ə 2024-cü ilin yayında azad agent kimi keçib. O, karyerası ərzində İngiltərənin “Arsenal” , “Çelsi” və İtaliyanın “ Milan” kimi klublarında çıxış edib. Fransa millisi ilə DÇ-2018-də çempion olub. 4 il sonra Qətərdə və Avro-2016-da gümüş medal qazanıb. Ümumilikdə o, millinin heyətində 137 oyun keçirib və 57 qol vuraraq Fransa millisinin bombardiri olub.

Seçilən
6
publika.az

1Mənbələr