AZ

​İsrail ordusu müharibə bölgəsindən geri çəkildi

İsrail ordusu Livanın cənubundan geri çəkilib. Metbuat.az xəbər verir ki, İsrail Hizbullah ilə əldə olunan atəşkəs razılaşması çərçivəsində beş strateji ərazi istisna olmaqla, Livanın cənub sərhədindəki kəndlərdən geri çəkilib. Məlumata görə, ardınca Livan ordusu İsrailin geri çəkildiyi qəsəbələrə yerləşdirilməyə başlayıb. Məlumata görə, yerləşdirmə İsraillə atəşkəsə nəzarət edən ABŞ-nin rəhbərlik etdiyi komitə və Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri ilə koordinasiya əsasında həyata keçirilib. Bildirilib ki, mühəndis bölmələri ərazilərdə axtarış aparıb, yolları təmizləyib və partlamamış hərbi sursatlar münaqişə ərazisindən təhlükəsiz şəkildə çıxarılıb.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail Müdafiə Qüvvələri Livandakı beş strateji postda bufer zonanı saxlamağa davam edəcək və Hizbullahın hər hansı həmləsi barədə tədbir görəcək.

Seçilən
8
metbuat.az

1Mənbələr