Azərbaycan avtomobil idxalı tarixində yeni bir rekorda nail olub. İlk dəfə olaraq xaricdən alınan avtomobillərin yarıdan çoxunu hibrid və elektrik avtomobilləri təşkil edib.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvarında ölkəmizə 6 906 ədəd minik avtomobili idxal olunub. Bu qədər avtomobilin 3 654 ədədi, yəni 53 faizi hibrid avtomobillərdən ibarət olub. Elektrik avtomobillərini də nəzərə alsaq, idxal olunan ekoloji təmiz minik maşınlarının sayı 3 793 ədəd olub ki, bu da bütün minik maşınlarının 55 faizini təşkil edir.
Bu statistika onu da göstərir ki, Azərbaycan alıcısı elektrik avtomobilindən çox hibrid avtomobillərə üstünlük verir. Hibrid avtomobillərin sayının davamlı artması bunun sübutudur.
Ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında idxal edilən hibrid avtomobillərin sayı 3 dəfə artıb. Bir il əvvəl ölkəmizə 1250 ədəd hibrid avtomobili gətirilmişdi.
Amma elektrik avtomobillərin sayı 1,72 dəfə artıb. Ötən ilin yanvarında 139 ədəd elektrik avtomobili gətirilmişdi.
Deməli, alıcılar hibrid avtomobilləri elektrik avtomobillərindən daha üstün tutur.
Vasif