AZ

"Parma" klubu "İnter"in sabiq futbolçusunu baş məşqçi təyin edib

İtaliyanın "Parma" komandası "Roma" və "İnter"in sabiq müdafiəçisi Kristian Kivunu baş məşqçi vəzifəsinə təyin edib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb. O, bu postda istefaya göndərilən Fabio Peçkianı əvəzləyib.

Qeyd edək ki, "Parma" hazırda A Seriyasında 20 xalla 18-ci sırada yer alıb.

Seçilən
21
1
report.az

2Mənbələr