AZ

Azərbaycanın neft-qaz sektoruna investisiyalar azalıb

Bu ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna 315,2 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dörünün göstəricisi (523,1 mln. manat) ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 39,7% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 738,7 mln. manat həcmində vəsait yönəldilib. 2023-cü ilin göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,4% azalıb.

Seçilən
10
2
apa.az

3Mənbələr