AZ

Vladimir Putin-Donald Tramp görüşün nə zaman baş tutacağı bəlli deyil

Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Tramp arasında görüş çətin ki, gələn həftə baş tutsun. Bu barədə prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyaddakı danışıqların yekunlarına dair məlumat verib.

Onun sözlərinə görə, “konkret tarixlər haqqında danışmaq çətindir”.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Ər-Riyaddakı görüşdə tərəflər iki lider arasında görüşün təşkili məsələsini müzakirə ediblər. O, belə bir görüşün gələcəkdə baş tutmasını təmin etmək üçün birgə işləmək barədə razılığa gəliblər. “Biz çox çalışmalıyıq”, – deyə Uşakov dövlət başçıları arasında mümkün danışıqları şərh edərkən vurğulayıb. O, həmçinin Amerika tərəfi ilə təmaslardan sonra bildirib ki, Rusiya və ABŞ ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər. Həm Moskva, həm də Vaşinqton bunda maraqlıdır, deyə o, əmin edib.

Qeyd edək ki, “Bloomberg” Donald Tramp və Vladimir Putinin gələn həftə tez bir zamanda görüşə biləcəyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
50
editor.az

10Mənbələr