AZ

Məşhur şokolad firmasının ixtiraçısı vəfat etdi

Dünyanın ən məşhur fındıq kremi markalarından olan \"Nutella\"nın ixtiraçısı kimi tanınan kimyaçı alim Françesko Rivella 97 yaşında vəfat edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İtaliya mətbuatının \"Nutellanın atası” adlandırdığı Rivella fındıq kreminin hazırlanmasında mühüm rol oynayıb.

Francesco Rivella \"Nutella\"nın satışa çıxarılmasından 12 il əvvəl, 1952-ci ildə İtaliyanın şokolad və qənnadı nəhəngi \"Ferrero\"da işə başlayıb.
 
O zaman 25 yaşında olan Rivella Turində bromatoloji kimya üzrə təhsilini yenicə bitiribmiş.

Rivella və komandası daim təcrübələr aparır, xammalı təhlil edir və yeni məhsullar yaratmaq üçün qarışıqlar üzərində işləyib.
 
O, karyerası boyu şirkətin yüksək səviyyəli menecerlərindən biri olub.
 
\"Nutella\"nın mənşəyi ilk dəfə 1946-cı ildə istehsal edilən \"Giandujot\" adlı fındıq və şokolad qarışığından əmələ gəlib.
 
Bu şirin xəmir dilimlənib çörəyin üzərinə yayıla bilən formaya malikdir.

1964-cü ilə qədər reseptdəki yeniliklər bugünkü dünyaca məşhur Nutellanın ilk bankasının yaranmasına səbəb olub.

Mikayıl
Seçilən
28
azxeber.com

1Mənbələr