AZ

İlon Mask ən ağıllı süni zəka modelini təqdim etdi

Tanınmış milyarder İlon Maska məxsus xAI şirkəti yeni nəsil süni intellekt modeli \"Grok 3\"ü rəsmi olaraq təqdim edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Mask \"Grok 3\"ün mövcud süni intellekt sistemlərindən daha təkmil olduğunu və dünyanın ən ağıllı süni intellekti olduğunu iddia edib.

Şirkət \"Grok 3\"ün OpenAI-nin GPT-4o modelindən üstün olduğunu və riyaziyyat, fizika, biologiya və kimya kimi sahələrdə testlərdə ən yüksək nəticə əldə etdiyini deyib.

Model hazırda X (keçmiş Twitter) platformasında Premium+ abunəçiləri üçün əlçatandır.
 
\"Grok 3\" elanı Maskın OpenAI ilə gərginliyi fonunda gəlir.
 
Qeyd edək ki, ötən həftə Mask OpenAI şirkətini almaq üçün 100 milyard dollar təklif edib, lakin şirkət rəhbərliyi bu təklifi rədd edib.

Mikayıl
Seçilən
12
azxeber.com

1Mənbələr