Məsələ ilə bağlı sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub Demokrat.az-a açıqlama verib.
O bildirib ki, insan zorakılığa məruz qalırsa, bunun əsas səbəblərindən biri qarşı tərəfin güclü, dominant olmasıdır:
“Azərbaycanda və dünyada bu istisna hallardır. Bəzi ailələrdə dominantlıq qadının əlindədir. Qadın ailədə hökm sürür. Həmin ailələrdə bəzən kişilər qadınlar tərəfindən şiddətə məruz qalır. Yəni, sanki qadından kişi yerini dəyişir, fiziki cəhətdən qadın güclü tərəf olur. Təəssüflər olsun ki, belə hallar var və artmaqda da davam edəcək. Çünki nə qədər həyat müasirləşirsə, o qədər qadınların müstəqilliyi çoxalır, feministlərin fəaliyyəti güclənir. Qadına ailədə daha çox yer verirlər. Bu da təəssüflər olsun ki, bəzən qadınların kişilərə qarşı şiddət göstərməsinə səbəb olur”.
Leyla Turan
Demokrat.az