AZ

Azərbaycan və Somali beynəlxalq qurumlarda da bir-birinə dəstək verirlər - ŞƏRH

“Azərbaycan özünün beynəlxalq nüfuzunu artırmaqda, iktərəfli əməkdaşlıq imkanlarını genişləndirməkdədir. Xarici siyasətin əsas istiqamətlərindən biri kimi Afrika ölkələri ilə yaxın münasibətlərin formalaşdırılması da var. Somali prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfərində də bu və digər məsələlər barəsində geniş müzakirələr aparıldı, yeni sənədlər imzalandı. Bu, ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağı ilə bağlıdır, desək yanılmarıq”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, son zamanlar Afrika dövlətlərinin Azərbaycanla əlaqələri genişlənməkdədir: “Azərbaycanın iqtisadi inkişaf modeli bütün ölkələr üçün cəlbedicidir. Son illər ölkəmizə baş tutan mütəmadi səfərlər, aparılan fikir mübadilələri bundan xəbər verir. Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri əməkdaşlığın yeni mərhələsindən xəbər verir. Azərbaycanla Somali arasında bir sıra mühüm sənədlər imzalanıb. Yaşıl enerji, təhsil, müdafiə və müdafiə sənayesi, həmçinin dövlət xidmətlərinin göstərilməsi barədə sənədlərin mübadiləsi mərasimində deyilən fikirlər gələcək uğurlu əlaqələrin göstəricisi sayıla bilər. Mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin tarixində ilk olan bu tarixi səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını əminliklə vurğulayıb. Buna rəğmən, dövlətimizin başçısı Somalidə sərmayə imkanlarının müzakirəsinin davam etdirilməsinin vacibliyini də qeyd edib. Bəli, Somali ilə tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Çünki hər iki ölkə üçün tərəfdaşlıq və dostluq çox vacibdir”.

Seçilən
36
sesqazeti.az

1Mənbələr