AZ

Putin və Tramp nə zaman görüşür?

Vladimir Putin və Donald Tramp arasında görüşün dəqiq tarixi hələ müəyyən edilməyib, lakin onun gələn həftə olacağı ehtimalı azdır.

XəzərNews.az xəbər verir ki,bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov Rusiya Federasiyası və ABŞ-ın xarici siyasət idarələri rəhbərlərinin görüşünün perspektivləri ilə bağlı sualı da cavablandırıb:

"Bizə iki ölkənin nümayəndə heyətlərinin yaxından işləməsi lazımdır. Biz buna hazırıq, lakin liderlərin görüşünün konkret müddətindən, konkret tarixlərindən danışmaq hələ tezdir".

Diplomat “Bloomberg”in prezidentlərin görüşünün gələn həftə baş tuta biləcəyi ilə bağlı dərc etdiyi məlumata şübhə edib.

"Bu, çətin", -deyə Uşakov cavab verib.



Xəbər 2 dəfə oxunub.
Seçilən
41
xezernews.az

1Mənbələr