Premyer Liqada qalmaq üçün mübarizə aparan “Şamaxı”nın futbolçusuna bir neçə klubdan təklif var.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Brahim Konatedən gedir. Fransalı yarımmüdafiəçinin Premyer Liqadakı performansı bir sıra klubların diqqətini çəkib. Ona ölkə xaricindən də maraq olduğu bildirilir.
Konatenin daha yaxşı təkliflərİ olduğu və böyük ehtimalla mövsüm sonu “Şamaxı”dan ayrılacağı gözlənilir.
28 yaşlı oyunçu cari mövsüm bölgə klubunun heyətində meydana çıxdığı 20 oyunda 6 qol vurub.