Yazını böyüt
Yazını kiçilt
Qızıl kəskin şəkildə bahalaşacaq. Hafta.az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, dünyada bir unsiya qızılın qiyməti 2025-ci ilin sonuna kimi 3100 dollara qədər bahalaşa bilər.
Bu qənaətə "Goldman Sachs" bankının analitikləri gəliblər.
Ekspertlər hesab edirlər ki, bahalaşma müxtəlif ölkələrdə mərkəzi bankların qızıla tələbatının yüksəlməsidir. Digər amil qızılla bağlı birja fondlarına sərmayə axınının artması göstərilir.
Qlobal iqtisadiyyatda qeyri-müəyyənlik davam edərsə, bir unsiya qızılın qiyməti 3300 dollara qədər yüksələ bilər.