Burun axıntısı qış aylarında tez-tez qarşılaşa biləcəyimiz bir problemdir. Ancaq təkcə dərman vasitələri ilə yox, eyni zamanda təbii üsullarla da bundan xilas olmaq mümkündür.
Yenisabah.az burun axıntısından xilas olmaq üçün bu təbii üsulları təqdim edir:
Duzlu su: Duzlu su burundakı qıcıqlanmanı azaldır və bəlğəmi təmizləyir. Bu şəkildə burun axıntısından xilas olmaq üçün əvvəlcə bir stəkan ilıq suya 1 çay qaşığı duz əlavə edin. Qarışıq homojen olana qədər qarışdırın. Əldə etdiyiniz qarışığı iyləməklə sinuslarınızı təmizləyə və burun axıntısından xilas ola bilərsiniz.
Zəncəfil çayı: Zəncəfilin iltihab əleyhinə təsiri və antihistamin xüsusiyyətləri burun axıntısından qurtulmağa kömək edir. Burun axıntısını aradan qaldırmaq üçün zəncəfildən istifadə etmək olduqca sadədir. Bir stəkan suya bir neçə dilim təzə zəncəfil əlavə edin və 5-10 dəqiqə dəmləyin. İstəsəniz, bal və limon əlavə edərək qarışığı istehlak edə bilərsiniz.
Buxar terapiyası: Buxar inhalyasiyası sinus keçidlərini açır və bəlğəmi təmizləyir. Bu şəkildə burun axıntısını aradan qaldıra bilərsiniz. Bu üsuldan istifadə etmək üçün bir qaba qaynar su tökün. Ona bir neçə damcı nanə yağı əlavə edin. Başınızı bir dəsmal ilə örtün və bu qarışıqdan çıxan buxarı bir neçə dəqiqə nəfəs alın.
Bal və limon: Təbii antibakterial olan bal sakitləşdirici təsiri ilə güclü dərmandır. Balın limonla birləşməsi immuniteti gücləndirir və xəstəliklərin yan təsirlərini azaldır. Bu qarışıqdan kömək almaq üçün bir çay qaşığı balın içinə bir neçə damcı limon suyunu sıxıb istehlak edin. Bu üsul gecə yatmazdan əvvəl tətbiq edildikdə burun axıntısını aradan qaldırmağa kömək edir.
Aytac Şahin
Telegram kanalımız