Türkiyəli məşhur müğənni Murat Dalkılıç 11-ci dəfə əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Müğənninin doğuşdan bəri problem yaşadığı üçün burun əməliyyatı olduğu bildirilir.
Qeyd edək ki, o, daha əvvəl qonaq olduğu verilişlərdən birində ibtidai məktəb illərindən bəri səhhətində problemlər olduğunu bildirib: "Əslində yeddi dəfə plastik əməliyyat etdirmişəm. İbtidai sinifdən bəri burnuma əməliyyatlar etdirirəm. Xəstəliyim var. Burun sümüklərim çıxırdı. Həkim o sümükləri götürərkən qığırdaqlarımı aldı və həyatımın ən çətin günləri başladı. Bundan sonra burnuma heç nə etdirməyəcəyəm".