Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri əmək yarmarkasında iştirak ediblər.
Agentlikdən hafta.az-a verilən məlumata görə, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri və hazırda burada peşə öyrənən, ümumilikdə 20-dən çox gənc əmək yarmarkasında iştirak edən 30-a yaxın şirkətlə görüşmək imkanı əldə edib.
Yarmarkanın satış-sərgi hissəsində isə əlilliyi olan gənclərin dörd istiqamət üzrə (vitraj boya, təbii daşlarla hazırlanmış bəzək əşyaları, bədii oyma və toxunma suvenirlər) 200-dən çox əl işi sərgilənib.