Bolu Kartalkayadakı “Grand Kartal Hotel”ində baş verən yanğın Türkiyənin qış turizminə mənfi təsir edib.
Yanğından sonra istirahət edənlər təhlükəsizlik baxımından xizək kurortlarına deyil, alternativ tətil variantlarına üz tutmağa başlayıblar.
“Cebheinfo.az” xəbər verir ki, Bolu Kartalkayada “Grand Kartal Hotel” yanğınından sonra istirahət edənlər termal otellərə və gəzintilərə üstünlük veriblər.
Yanğından sonra istirahət edənlər təhlükəsizlik baxımından xizək kurortlarına deyil, alternativ tətil variantlarına üz tutmağa başlayıblar.
Türkiyənin Uludağ, Kartepe, Erciyes və Palandöken kimi ən məşhur xizək kurortlarında doluluq nisbətləri xeyli azalıb.
Qış mövsümündə adətən 90 %-dən yuxarı olan doluluq səviyyəsi yanğından sonra 70 %-dən aşağı düşüb.
Turizm şirkətinin rəsmiləri qeyd ediblər ki, erkən rezervasiyaların ləğvi böyük maliyyə itkilərinə səbəb olub.
Səyahət agentliyinin sahibi Ömer Tekin bildirib ki, yanğından sonra istirahət edənlər özlərini daha təhlükəsiz hiss edəcəkləri alternativ variantları nəzərdən keçirməyə başladılar:
“Xüsusilə termal otellər və şəhərdə yaşayış yerləri daha çox tələbat görməyə başladı. Əvvəlki illərdə 14 fevral həftəsində tamamilə dolu olan hotellər bu il gözlənilən marağı görmədi. İnsanlar artıq yanğın təhlükəsi səbəbindən taxta evlərdə qalmaq istəmirlər".
İstirahətçilər xizək kurortlarında uzunmüddətli qalmaq əvəzinə bir günlük səfərlərə üstünlük verirlər.
İstanbul, Ankara və Bursa kimi böyük şəhərlərdən gələn qonaqlar səhər gəlib axşam qayıda biləcəkləri tətil planlarına diqqət yetirməyə başlayıblar.