AZ

İtaliyada gözlənilən istefa

“Parma”da gözlənilən istefa rəsmiləşib.

Baş məşqçi Fabio Pekkya işindən azad edilib. İtaliya klubunun mətbuat xidmətinin məlumatında 51 yaşlı mütəxəssislə yolların ayrıldığı qeyd edilib. Pekkya “Parma”ya 2022-ci ilin yayında təyinat almışdı. Komanda ötən il onun rəhbərliyi altında B seriyasının qalibi olmaqla A seriyasına qayıtmışdı. Lakin “Parma” cari mövsümdə uğursuz çıxış edir.

Komanda hazırda turnir cədvəlində 20 xalla 18-ci yeri tutur.

Seçilən
65
football-plus.az

1Mənbələr