AZ

“Rusiyanın Cənubi Qafqazda Türkiyə ilə maraqları həm də bu səbəbdən toqquşur...”-AKİF NAĞI

Yazını böyüt
Yazını kiçilt

“Rəsmi Bakı Ankara ilə birgə Suriyada Bəşər Əsədin devrilərək Moskvaya sığınmasından sonra da öz mövqeyini açıq şəkildə ortalığa qoydu. Və böyük ehtimalla Rusiya Azırbaycanın Suriya ilə bağlı mövqeyindən narazı qaldı. Çünki hazırda Rusiya bu strateji Yaxın Şərq ölkəsindəki mövqelərini itirir, Türkiyənin oradakı mövqeləri isə, əksinə, getdikcə daha da möhkəmlənir, güclənir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri hafta.az-a açıqlamasında “Mediada Güney Qafqazda Ərdoğanla Putinin maraqlarının toqquşması haqda müxtəlif şərhlər yayılır. Siz bu haqda nə deyə bilərsiz?” sualını cavablandırarkən ifadə edib.

“Müxtəlif dairələr arasında Cənubi Qafqaz uğrunda mübarizə getdikcə gərginləşir.  Birləşmiş Ştatlar da regionda müxtəlif istiqamətlərdə fəallaşmağa çalışır.  Gürcüstanda və Ermənistanda gedən proseslər də göstərir ki, müəyyən kənar qüvvələr həmin ölkələrdə öz planlarını həyata keçirməyə çalışırlar. Belə bir şəraitdə Türkiyənin də Cənubi Qafqazda mövqeləri getdikcə güclənir. Bu dövlət bölgənin aparıcı dövləti olan Azərbaycanla qardaş, dost və müttəfiqdir. Və bu arada Azərbaycana Rusiya tərəfindən olan təzyiq və təhdidlər də təsadüfi deyil”,- deyə bildirən həmsöhbətimiz şimal qonşumuz tərəfindən dövlətimizə qarşı təhdid və təzyiqlərin səbəbini belə izah edib:

“Çünki əvvəlki birgə siyasi davranışlardan əlavə rəsmi Bakı Ankara ilə birgə Suriyada Bəşər Əsədin devrilərək Moskvaya sığınmasından sonra da öz mövqeyini açıq şəkildə ortalığa qoydu. Və böyük ehtimalla Rusiya Azırbaycanın Suriya ilə bağlı mövqeyindən narazı qaldı. Ona görə ki, hazırda Rusiya bu strateji Yaxın Şərq ölkəsindəki mövqelərini itirir, Türkiyənin oradakı mövqeləri isə, əksinə, getdikcə daha da möhkəmlənir, güclənir. Azərbaycan isə bu istiqamətdə Türkiyə ilə birgə addımlarını atmaqda davam edir”, -.Və son olaraq bir neçə gün bundan öncə də ölkəmizin rəhbərliyi bəyan etdi ki, yeni Suriya rəhbərliyi ilə əməkdaşlığı geniş şəkildə davam etdirməyə hazırdır. Hətta Azərbaycan prezidenti Suriyanın yeni, müvəqqəti prezidenti Əhməd əl-Şaraanı ölkəmizə səfərə dəvət etdi. Yeni Suriya hökuməti isə hələlik Türkiyədən başqa heç bir dövlətlə ciddi şəkildə əlaqələyə girmir. Prezident əş-Şaraa simvolik olaraq ilk səfərini Səudiyyə Ərəbistanına etdi, amma onlar əsasən Türkiyə ilə və belə görünür ki, həm də Azərbaycanla əlaqələr qurmağa çalışır. Bu da, təbii ki, Rusiyanı qıcıqlandırır. Yəni, Ukraynadan başqa planetin digər bütün regionlarından çıxmağa məcbur olan Rusiya Güney Qafqazda da mövqelərini itirməkdən ehtiyat edir.  Ona görə də qeyri-iradi Türkiyə ilə də bölgədəki bir sıra maraqları toqquşur”,  - deyə davamında Akif Nağı bildirib.

“Türkiyə  rəhbərliyi isə Rusiyanın Azərbaycana qarşı son təhdidləri, xüsusən də ötən ilin dekabrında Qroznı səmasında sərnişin təyyarəmizin raketlə vurulmasından sonra yaranmış gərgin situasiyada birmənalı şəkildə Azərbaycanın yanında durmaqdadır. Və bu da Moskvanı hiddətləndirir. Yəni Rusiya küncə sıxılmış bir durumdadır və hər şeydən narazılığını bildirir. Və artıq Türkiyənin Cənubi Qafqazdan onu sıxışdırıb çıxarmağa başladığını aydın şəkildə görür ki, bu da şimal qonşumuzun əks-reaksiyasına, amma getdikcə zəifləyən reaksiyasına səbəb olur. Yəni böyük ehtimalla Rusiya sonda Türkiyənin regionda mövqeyinin güclənməsilə hesablaşmalı olacaq”, -deyə partiya sədri vurğulayıb. 

Seçilən
5
1
hafta.az

2Mənbələr