AZ

Mask dünyanın ən ağıllı süni intellekti olan "Grok"u təqdim etdi

Amerikalı milyarder İlon Mask özünün "xAI" şirkətinin "Grok" süni intellekt servisinin yeni versiyasını - "Grok 3"ü təqdim edib...

Oxu.Az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, İ.Mask "Grok 3"ü dünyanın ən ağıllı süni intellekti adlandırıb.

Şirkət nümayəndələrinin fikrincə, "Grok 3" "Google Gemini"ni, "DeepSeek V3"ü, "Claude"ni, habelə "GPT-4"ü üstələyir.

İ.Maskın sözlərinə görə, "Grok 3" əvvəlki versiyanı - "Grok 2"ni üç dəfə üstələyir. Şirkət "Grok 3" üçün "Deepsearch" "ağıllı" axtarış sistemini də təqdim edib.

Qeyd edək ki, "Grok 3" modeli "X" sosial şəbəkəsində "Premium+" sahibləri üçün əlçatandır.

Poliqon.info

 

Seçilən
128
18
poliqon.info

10Mənbələr