Fransalı forvard Olivye Jirunun Los-Ancelesdəki evi qarət olunub.
İdman.biz xəbər verir ki, futbolçuya təxminən 500 min dollar ziyan dəyib.
Verilən məlumatda qarətçilərin tapılmadığı və araşdırmanın davam etdiyi bildirilib. "Los-Anceles"də forma geyinən futbolçunun 10 qol saatı oğurlanıb.
Qeyd edək ki, Jiru 2024-cü ildən ABŞ-da karyerasını davam etdirir. Olivye Fransa yığmasının heyətində dünya çempionu olub.
İdman.biz