AZ

Türk Dünyasında birlik: xarici əlaqələr komissiyaları İstanbulda toplandı

Bakı,TurkicWorld

Türk Dövlətləri Parlamentlərinin Xarici İşlər Komissiyaları Toplantısı Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasının sədri Fuat Oktayın rəhbərliyi altında İstanbulda başladı.

TurkicWorld xəbər verir ki, iki gün davam edəcək toplantılarda qlobal və regional məsələlərlə yanaşı, Türk Dünyası və parlament diplomatiyası mövzuları müzakirə olunacaq.

Toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) komissiya sədrləri iştirak edərkən, ölkələrin millət vəkilləri, səfirləri və Türk Dünyasından bir çox təşkilat nümayəndələri də toplantıya qatılıb.

İki sessiyadan ibarət proqramda Rusiya-Ukrayna müharibəsi, Fələstin və Suriyadakı son hadisələr başda olmaqla, qlobal və regional mövzularla yanaşı, Türk Dünyasında əməkdaşlıq üçün atılacaq addımlar da müzakirə olunacaq.

Seçilən
21
turkic.world

1Mənbələr