AZ

DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya İqtisadi Forumunun(DİF) idarəedici direktoru Mirek Duşeklə videokonfrans formatındagörüşü çərçivəsində DİF və İqtisadiyyat Nazirliyi arasındaAkselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun(DİF) idarəedici direktoru Mirek Duşeklə videokonfrans formatındagörüşüb. Görüşdə Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıqəlaqələrinin qurulduğu, ölkəmizin Forumun bir sıra təşəbbüslərindəfəal iştirak etdiyi vurğulanıb. Əməkdaşlıq çərçivəsində ölkəmizdərəqəmsal transformasiya, innovasiya və texnologiya istiqamətindəatılan addımlar qeyd edilib. Tərəfdaşlığın perspektivləri vəpotensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində DİF və İqtisadiyyat Nazirliyi arasındaAkselerator Platforması ilə bağlı Niyyət Məktubunun onlaynimzalanma mərasimi keçirilib. Niyyət Məktubuna əsasən DİFİqtisadiyyat Nazirliyi ilə birgə dövlət və özəl sektorlarınnümayəndələrini bir araya gətirərək Azərbaycanın qlobal bilik vəmübadilə şəbəkəsinə qoşulması ilə bağlı təşəbbüslərə dəstək olacaq.Bu təşəbbüs innovasiya və bacarıqların inkişafı sahəsində yeniimkanlar yaratmaq və müasir bacarıqlar ekosisteminin inkişafınatöhfə vermək məqsədi daşıyır.

Bacarıqlar üzrə Akselerator Platformasının sürətlə dəyişəniqtisadiyyata uyğun insan kapitalının inkişafı üçün həllər təklifedəcəyi və dövlət-özəl əməkdaşlığını stimullaşdıracağı diqqətəçatdırılıb.

DİF
DİF
Seçilən
28
12
az.trend.az

10Mənbələr