ABŞ Rusiyaya qarşı tətbiq olunan sanksiyları ləğv etmək istiqamətində addım atsa belə, Avropa İttifaqı (Aİ) sanksiyları ləğv etmək fikrində deyil.
Ölkə.Az xəbər verir ki, bunu iqtisadi məsələlər üzrə Avropa Komissarı Valdis Dombrovskis Brüsseldə İqtisadi və Maliyyə Məsələləri Şurasının iclasından öncə deyib.
Avrokomissar bildirib ki, Brüssel Tramp administrasiyasının qərarlarından asılı olmayan öz sanksiya siyasətini həyata keçirəcək.
"ABŞ-nin yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ öz təhlükəsizliyi məsələsini öz əlinə almalıdır, bu, sanksiyalar siyasətinə də aiddir. Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir", - Dombrovskis bildirib.
Mürtəza
Ölkə.Az