19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, yığmamız Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxıb.
B Liqasının 4-cü qrupunda yer alan Həbib Ağayevin yetirmələri Şimali İrlandiya yığması ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan görüş komandamızın darmadağına üzülməsi ilə yekunlaşıb.
İlk yarıda 2 qola sevinən böyük britaniyalılar fasilədən sonra daha 2 dəfə fərqlənib. Mərhələyə 0:4 hesablı məğlubiyyətlə başlayan komandamız II turda Albaniya ilə üz-üzə gələcək. Bu matç fevralın 21-də keçiriləcək. Qeyd edək ki, qrupun digər matçında Albaniya və Monteneqro üz-üzə gələcək.
AVRO-2025-in II seçmə mərhələsi
B Liqası, 4-cü qrup
I tur, 18 fevral
14:30. Şimali İrlandiya - Azərbaycan - 4:0
Qollar: Qreysi Konvey, 10, 51, Ebi Svitlav, 42, Niami Butroyd, 58
Baş hakim: Roksana Rekorean (Rumıniya)
“House of Football Natural Pitch” stadionu
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta