Xatırladaq ki, bu komandalar cari mövsümdə artıq 3-cü dəfə üz-üzə gələcək. Əvvəlki hər iki qarşılaşmadan öncə Trubin Qolovinin əlini sıxmaqdan imtina etmişdi. Qeyd edək ki, ''Benfika'' ÇL-də həm əsas mərhələdə (3:2), həm də pley-offun ilk oyununda (1:0) səfərdə ''Monako''dan üstün olmuşdu.
Qolovinin meneceri bunları deyib:
''Aleksandr psixoloji cəhətdən möhkəm insandı. Həm də debillərdən inciməyə dəyməz. Tanrı bir insana ağıl verməyibsə, biz nə edə bilərik? Bu hadisə Saşaya pis təsir etmədi. İlk görüşdə o heç də pis performans sərgiləmədi. Sadəcə ''Monako'' yenə ikinci hissənin əvvəllərində azlıqda qaldı. Bu epizod oyunun taleyinə təsir etdi''.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü artıq 3 ilə yaxındı, davam edir.
ƏLİ