AZ

Yol qəzalarının əksəriyyətinin başvermə səbəbi sürətlə bağlıdır - Rövşən Tağıyev

Yüksək sürət – sürətli ölüm!

Hər kəs düşünür ki, faciə yalnız başqalarının başına gələ bilər. Amma sükan arxasında bir saniyəlik düşüncəsizlik, qaydalara məhəl qoymamaq, sürət həddini aşmaq bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur.

Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.

image

Onun sözlərinı görə son illər yol qəzalarının böyük əksəriyyəti yüksək sürətlə bağlıdır. Sürücülər adrenalin və həyəcanın cazibəsinə qapılaraq, təhlükəni dəyərləndirmədən sürət həddini aşırlar. Amma unutmaq olmaz: yüksək sürət avtomobili deyil, insan həyatını idarə edir!

Qəza anında saniyələr içində hər şey dəyişir. Ailə üzvləriniz, dostlarınız, sevdikləriniz sizi gözlədiyi halda, yolun ortasında qalan bir faciəyə çevrilməyin.

Sürət həvəsinə yox deyin! Həyatınızı və başqalarının həyatını riskə atmayın!

Seçilən
19
avtosfer.az

1Mənbələr