AZ

Buffonun oğlu Çexiya millisinə çağırıldı

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonun oğlu Lui Buffon Çexiyanın 18 yaşadək futbolçulardan ibarət yığmasına çağırılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Çexiya Futbol Assosiasiyasının rəsmi saytı yayıb.

İtaliyada "Pisa Primavera" klubunda çıxış edən vinger millinin təlim-məşq toplanışına dəvət edilib.

Qeyd edək ki, anası çexiyalı model Alena Seredova olan Lui Buffonun həm İtaliya, həm də Çexiya vətandaşıdır.

Seçilən
21
fanat.az

1Mənbələr