“Şamaxı”nın hücumçusu komandadan ayrılıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Belajdi Pusidən gedir. O, bölgə təmsilçisini tərk edib.
Təcrübəli oyunçu karyerasını Rusiyada davam etdirəcək. O, Premyer Liqa klubu “Fakel”lə anlaşıb.
Xatırladaq ki, Pusi mösümün əvvəlində “Şamaxı”ya transfer olunmuşdu.
Həsən Quluzadə