"Santos"un futbolçusu Neymar Braziliyada peşəkar səviyyədə süni ot örtüyünün istifadəsindən gileylənib.
QOL.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrində paylaşım edib. 33 yaşlı futbolçu deyib:
"Braziliya futbolunun hansı istiqamətə doğru getdiyini görmək narahatedicidir. Absurddur ki, bizim stadionlarda süni ot örtüklərinin istifadəsindən danışmalıyıq. Futbolumuzun miqyasını və təmsilçiliyini nəzərə alsaq, bu varianta fikir belə vermək lazım deyil. Pis ot örtük probleminin həlli asandır - yaxşısı ilə əvəz etmək lazımdır.
Dünyanın ən hörmətli liqaları oyunçuları dinləyir və stadionlarında meydançanın keyfiyyətinə sərmayə qoyurlar. Braziliya qlobal futbol bazarında aparıcı rol oynamaq istəyirsə, ilk olaraq futbolçuların məşq etdiyi və oynadığı meydançalar yaxşı səviyyədə olmalıdır. Peşəkar futbolu sintetik otda oynamırlar".