AZ

Rusiyapərəst hakerlər İtaliyaya hücum etdi

İtaliyada bəzi dövlət qurumlarının internet saytlarının rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qaldığı bildirilir. Metbuat.az xəbər verir ki, kiberhücumların rusiyayönlü “NoName057” haker qrupu tərəfindən təşkil edildiyi iddia edilir. Məlumata görə, kiberhücumdan İtaliyanın Biznes Nazirliyi və “Made in İtaly”, Maliyyə Polisinin, Daxili İşlər və Maliyyə nazirliklərinin bəzi alt saytlarının saytları zərər çəkib. Həmçinin, Milan “Malpensa” hava limanı, Milan “Linate” hava limanı, “Taranto” və “Trieste” limanları, həmçinin İT kimi onlayn sistemlər və “Intesa San Paolo” bankının internet saytları kiberhücumlara məruz qalıb. Kiberhücumun İtaliya prezidenti Sercio Mattarellanın Ukraynanı işğal etdiyinə görə Rusiyanı nasist Almaniyası ilə müqayisə etdikdən sonra təşkil edilməsi diqqət çəkib.

Mattarellanın bu sözləri Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyasına səbəb olub və Roma ilə Moskva arasında münasibətlər gərginləşib.

Seçilən
41
metbuat.az

1Mənbələr