Ağ Evin mətbuat katibi Carolyn Levitt bildirib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden Ukraynadakı münaqişəyə son qoymaq üçün heç bir səy göstərməyib. Bu barədə RİA Novosti Fox News-a istinadən xəbər verir.
Levittin sözlərinə görə, Bayden administrasiyası münaqişəyə son qoymaq üçün müzakirələr aparmayıb və heç bir diplomatik səy göstərməyib. Eyni zamanda, ABŞ-ın hazırkı prezidenti Donald Tramp, Levittin fikrincə, səlahiyyət müddətinin ilk həftələrində münaqişəni dayandırmaq üçün artıq “əhəmiyyətli addımlar” atır.