Naməlum şəxslər Moskvada Domodedovo hava limanı yaxınlığında yerləşən mobil telefon qülləsini yandırmağa cəhd ediblər.
Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Onun sözlərinə görə, hadisə fevralın 17-də baş verib. Qüllənin yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları sınmış maye şüşələri və cır-cındır tapıblar. Qüllənin xarici naqilləri yanıb, lakin avadanlıqlara ziyan dəyməyib.
Agentliyin mənbəsinin bildirdiyinə görə, naməlum şəxslərə qarşı Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (“Terror aktı”) ilə cinayət işi açılıb.
Turan İSMAYIL